192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Q. İbadoğlu: “400 milyard pul gələn ölkədə bu qədər problem niyə olsun?“
2019-04-01 17:58:20

"Azadlıq.info"da "400 milyard pul gələn ölkədə bu qədər problem niyə olsun?" sərlövhəli məqalə oxumaq olar.

Sayt tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun martın 26-da "Diqlas-1" Ticarət Mərkəzində baş vermiş yanğının bir sıra həqiqətləri üzə çıxarmasına dair şərhinə yer verib.

İqtisadçı iddi edir ki, "Diqlas-1" MMC 5 manat nizamnamə kapitalı ilə qeydə alınıb, qurum yanğından mühafizə normalarına əməl etməməsi səbəbindən sahibkarlara milyonlarla ziyan vurub.

Q.İbadoğlu bildirir ki, dövlət başçısı bu ziyanı 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş 300 milyon manatlıq ehtiyat fondunun 1 faizini və ya 3 milyon manatını ayırmaqla kompensasiya edir.

O deyir ki, devalvasiyadan sonra vətəndaşların "belinə" yüklənmiş 1 milyard manatdan çox vaxtı keçmiş borcu yenə də 2019-cu il dövlət büdcəsindən, amma bu dəfə nəzərdə tutulmamış 682 milyon manatlıq kredit xətti açmaqla restrukurizasiya edir.

İqtisadçı hesab edir ki, hər iki problemin yaranmasında suçlu olan və illərlə yüksək kredit faizləri ilə milyardlar qazanan banklar, hər ay artırılan icarə haqları ilə milyonlar qazanan ticarət mərkəzi məsuliyyətdən kənarda qalırlar.

Q.İbadoğlu deyir ki, bu, səbəbsiz deyil: "Çünki həm banklar, həm də ticarət mərkəzləri, bir sözlə ölkədə fəaliyyətdə olan, pul gətirən nə varsa hamısı bir şəxsə məxsusdur. Ona görə də onlar bankların, ticarət mərkəzlərinin vəsaitlərinə ailənin cib pulları, büdcəyə isə xəzinəsi kimi baxırlar. Belə olanda da bir neçə epizodda birdəfəlik kompensasiya alan vətəndaşlar və ya sahibkarlar həmişəlik uduzurlar. Uduzan xalq, talanan büdcə, yanan ticarətçi humanistlik adını qazanan isə hakim ailə olur".

İqtisadçıya görə, bu yanğından çıxan nəticələrin ən dəhşətlisi budur ki, ölkəyə son 15 ildə gələn 250 milyard dollar xarici sərmayənin, 150 milyard dollar neft-qaz gəlirlərinin, bütövlükdə 400 milyard dolların axırına çıxan hakimiyyət iqtidarda olduğu 15 ildə sadə sığorta münasibətlərini, uçot-qeydiyyat sistemini tənzimləyən mühasibatlıq qaydalarını belə yarada bilməyib.

Q.İbadoğluna görə, ölkədə belə vəziyyətin yaranmasına səbəb Azərbaycanda prezidentdən başlayaraq parlamentinin spikerinə qədər hamının ailəliklə sahibkarlıqla məşğul olmasıdır: "Məmurlar büdcənı talayır, deputatlar biznes və qrant dərdi çəkir, korrupsiya qarşı mübarizə üzrə baş idarənin rəis müavini adı korrupsiya ilə mübarizə olan idarəyə işçini rüşvətlə işə götürür, tikinti şirkətinin rəhbəri şəhid ailəsinin evini rüşvət verdiyi məhkəmənin qərarı ilə əlindən alır, zavallı xalq isə regionlarda təzək yandırmaqla evini isidir, sobada qızdırdığı çörəklə uşağının başını aldadır.Tərs kimi baharın gəlişi də ləngiyir, havalar da düzəlmir, elə bil ki, təbiət də bizdən üz döndərib.