192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan ordusunun deqrasiyası: korrupsiya, fərarilik, qeyri-nizamnamə münasibətləri
2019-04-01 13:04:54

Azərbaycanın qüvvə strukturlarında  rəsmilərin korrupsiyası inkişaf etməyə davam edir.  Mövcud məlumatlara əsasən, Azərbaycanın qüvvə strukturlarının  şəxsi heyətinin məzuniyyət icazəsi rüşvət vasitəsilə mümkündür. Məsələn, bir həftə  müddətlə məzuniyyət üçün hərbçi təxminən 100 manat ödəməlidir (60 ABŞ dollar).

Sirr deyildir ki, Azərbaycan ordusunun vəziyyəti ideal deyildir. Bu neinki  ölkənin silahlı qüvvələrinin inkişafına təşviq etmir, həm də  mənfi təsir  yaradır.  Azərbaycan silahlı qüvvələrində  məhz  korrupsiya “dedovişniya”, fərailik, qeyri-nizamnamə münasibətləri gətirir.   Bazən bu qnaun pozuntuları ölümlə nəticələnir. Azərbaycan ordusunda  dəhşətli pozuntular var ki, Müdafiə nazirliyi gizlətməyə çalışır. Nazirliyin  rəsmiləri hər  şəkildə  öz reytinqini saxlamağa çalışır. MN rəhbərliyi yalnız özünü tərifləməklə  və orduda mənfi proseslərin  gizlətməsiylə məşğuldur.

Qeyd edilmiş faktlar həm də “Xazar”  hərbi araşdırma istitutunun rəhbəri Casur Sumerinli  təsdiq edir. Onun məlumatlarıyla  2015-ci ildən  Azərbaycan ordusunda maliyyə axınları kəskin şəkildə azalmağa başladı. Sumerenlinin fikirincə,  Azərbaycan ordusu  inkişaf etmir, əksinə faktiki olaraq vəziyyəti daha pisləşir. ”Hərbçilər sosial təminatı  baxımından ciddi problemlərə malikdir, şəffaflıq və hesabatlılıq yoxdur, ictimai məsuliyyət barədə danışa bilməz.  Ordunun yaradılma strategiya hələ aydın deyildir, ordu barədə qərarlar  bəzi qruplar  çərçivəsində  qəbul edilir və qanunverici orqanlarla  razılaşdırılmır. Həqiqət  inkişaf  edən ordu barədə bəyanatları şübhə altında qoyur”- deyə ekspert qeyd edib.

Sumerinli həm də  hərbi sahədə xərclərin və zabitlərin maaşlarına toxunub vurğulayaraq: “Hərbçilərin  sosial  vəziyyətinin yxşılaşdırılmasına yönəltmiş siyasəti həyata keçirilmir, lakin  Rusiya və İsraildən milyardlarla dollar  dəyərində silah və hərbi texnika alınır”.