192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş naziri:”Vyanada DQ iştirakı məsələsi müzakirə olunub, lakin tərəflər razılığa gəlməyib”
2019-04-01 13:03:50

DQ məsələsiylə danışıqları daha da effetktiv etmək üçün biz gərək keçmiş və təkrarlanan  mətnləri unudaq,hansılar ki, öz səmərəsizliyini göstərib. Facebook-da olan səhifəsində ER Baş naziri Nikol Paşinyan bu haqda qeyd edərək məlumatlandırıb. O, deyib ki, danışıqlara gərək yeni yanaşmalarla yanaşılsın.”Vyana danışıqlarına Stepanakert gündəliyiylə getmişdik ki,  bunları  Artsax və Ermənistanın Təhlükəsizlik Şuralarının birgə iclası ərzində qeyd etmişdik.Həmin iclasda demişdim ki, danışıq prosesində Artsaxın nümayəndəliyinin iştirak etməsi bizim üçün olduqca vacibdir”-deyərək o, bəyan edib. ER Baş naziri vurğuladı ki, bu danışıq formatının dəyişikliyi tələbi deyil, prosesi daha səmərəli etmək məsələsidir.“Qarabağın iştirakını vurğulayarkən biz əsla format dəyişikliyi məsələsini qoymamışıq, həmsədrlərin himayəsiylə danışıq formatı şübhə altında deyil”-deyərək o bildirib.Baş nazirin sözlərincə Vyanada DQ məsələsi müzakirə olunub.“Biz bu nöqteyi-nəzəri ciddiliklə faktlaşdırmışdıq.Tərəflər razılığa gəlibmi?.Xeyr,əlbətdə razılığa gəlməyib. Bununla belə , bu məsələ müzakirədən çıxarılmayıb. Biz buna dair  müzakirələri davam edəcəyik”-deyərək Nikol Paşinyan qeyd edib.O,xatırlatdı ki, danışıqlarda yeni bir şəxs kimi, Madrid prinsipləri ilə bağlı bəzi aydınlaşdırmalar etməliydi.“Bu məsələ həm Azərbaycan prezidentiylə müzakirə zamanı və ya həmsədrlərlə müzakirələr zamanı qaldırılmasına baxmayaraq biz verdiyimiz suallarımıza hələ də cavab almamışıq,çünki onlar çox geniş, əhatəli məsələlərdir ki, müzakirələr zamanı bədbəxtlikdən bu suallara cavab ala biləcəyimiz çox çətindir. Gələcəkdə bu məsələlr müzakirə olunmalıdır və biz bu müzakirəni Xarici işlər nazirlərinə həvalə etmişik”-deyə o, qeyd edib.Baş nazirin sözlərincə cəmiyyəti sülhə hazılamaq məsələsi həmçinin müzakirə olunub.“Biz humanitar sahədə bəzi şərtləşmələr əldə etmişik.Bir sıra tədbirlər həyata keçirməyə cəhd etmişik ki, onlar da sülh üçün əlverişli şəraitlər yaradacaq,  bu da  gedişatın müsbət fonunda daha səmərəli ola bilər”-deyərək Paşinyan qeyd edib. O, Qarabağın danışıq prosesinə cəlb ediləcəyi amilində bunun Azərbaycan tərəfinin məğlubiyyəti ola bilməyəcəyini vurğulayıb.“Ona görə ki, hər hansısa danışıq faydalı ola bilməz, əgər  hiss ediləcək təsiri olan hər hansısa tərəf prosesdən kənarda qalarsa”-deyərək ER Baş naziri məlumatlandırıb.