192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ATƏT fəaliyyətdəki sədri Paşinyan-Əliyev “konstruktiv” görüşünü alqışlayıb
2019-04-01 16:30:56

ATƏT-in sədri, Slovakiyanın Xarici və Avropa məsələləri naziri Miroslav Layçak ötən gün Bratislavada ATƏT Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Təşkilatın sədri martın 29-da Vyanada, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ATƏT Minsk qrupu himayəsiylə keçirilən ilk rəsmi görüşün nəticələri barədə məlumatlandırılıb. Layçak danışıqların konstruktiv atmosferini təqdir edib, liderlərin münaqişənin dinc yolla həlli üçün növbəti addımların atılmasını dəstəkləmələrini alqışlayıb. “Biz bu prosesə və liderlərin atəşkəsin gücləndirilməsi və humanitar sahədə bir sıra tədbirlərin görülməsini dəstəkləmələrinə yaxşı yanaşır və dəstəkləyirik” - deyərək Layçak bildirib.