192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan ədəbiyyatında erməni obrazı
2018-11-16 16:00:48

2018-ci il oktyabrın 23-dən Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Azərbaycan ədəbiyyatı və ədəbiyyatda erməni obrazı müzakirə olundu. Aydındır ki, azərbaycanlı publisistlər müxtəlif mövzuları, xüsusilə də erməni mövzuları sevirlər. Paradoksal olmasa da, Azərbaycan ədəbiyyatından başqa heç bir ədəbiyyatda erməni obrazı bu qədər çoxtərəfli təqdim olunmamış və araşdırılmamışdır.

Bu, Azərbaycanın müasir və klassik ədəbiyyatının əsas mövzularındandır. XX əsr klassiklərinin əsərlərinə baxarsaq, orada erməni obrazı çox yaxşı şəkildə təqdim olunur.

Azərbaycanlı yazıçı və publisist Pərviz Cəbrayıl “Siz niyə bu ermənilərdən əl çəkmirsiz?” sualına belə cavab verir: “Həqiqətən ermənilər və erməni mövzuları ədəbiyyatda və incəsənətdə niyə bu qədər mühüm yer alır? Hətta dünya ədəbiyyatına boylansaq, nə qədər erməni personajı görərik: Rus ədəbiyyatından yadımda qalanlar Puşkin, Çexov, Mandelştam və onlarla başqası. Amerika ədəbiyyatından: Cerom Selincer. “Domye-Smitin mavi dövrü”. Hərçənd orada gənc qəhrəmanın atalığı Bobbi Ağacanyanın erməni olması əsərin ideyasına qəti təsir eləmir. Eyni uğurla o xırda personaj ingilis, rus, türk və ya fələstinli ola bilərdi. Ama yazıçı nə üçünsə məhz ermənini seçib”.

Bu, Azərbaycan auditoriyası üçün belkə də böyük bir stresdir: hara baxarsan, kiçik də olas bir erməni obrazı mövcuddur. 19-cu əsr sonlarından 20-ci əsr əvələrində Azərbaycan ədəbiyyatında azərbaycanlı ziyalıların və yazıçıların erməni obrazlar seçdiyini görürük. O vaxt hətta Molla Nəsrəddin jurnalında erməni və azərbaycanlı obrazları müqayisə olunurdu. Belə bir sıra maraqlı nüanslardan hər şey izah olunur.

20-ci əsr əvvəllərinin ədəbiyatı ilə tanış olanda, onların ermənilərə qarşı münasibətlərinin formalaşmasının əsas ideologiyası aydın olur.

20-ci əsrdə Azərbaycan ziyalıları və xalqı erməni obrazına tamamilə fərqli şəkildə baxırlardı. Bunun səbəbi odur ki, yazıçılar, publisistlər və incəsənətlə məşğul olanlar təhsil almış və oxumuşdular. Əhali isə, ruhanilərin təsiri altında idi və onlar xristianlara qarşı mənfi baxışlar yaradaraq islam dəyərlərini gücləndirmək niyyətində idilər. 20-ci əsr əvvəllərində azərbaycanlılar üçün də bu xristian məhz qonşuluqda yaşayan erməni idi.

Davamlı...