192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İsrail ərəbi Azərbaycanda səfir təyin edib
2018-11-16 15:44:18

İsrail XİN xristian ərəb Corc Diki Azərbaycanda yeni səfir təyin edib. Bu barədə cümə günü, noyabrın 16-da məlum olub, xəbəri İsrailin Vesti.co.il saytı yayıb.

10 ildən çoxdur XİN sistemində işləyən təcrübəli diplomat Dik yəhudi dövlətinin xarici diplomatik missiyasına rəhbərlik etmək etibar edilən ilk ərəb olacaq.

O, həmçinin Xarici İşlər Nazirliyində ştata qəbul edilmiş ilk və bu günə qədər yeganə xristian ərəbdir.

Circ Dik Yaffada xristian ərəb ailəsində dünyaya gəlib. O, beynəlxalq hüquq üzrə mütəxəssisdir. Təhsilini İsraildə alıb, daha sonra ABŞ-da staj keçib. Norveç və Nigeriyanın diplomatik missiyalarında işləyib.

XİN-də Corc Dikin istedadlı diplomat olduğunu deyirlər. Bakıda DİK fəaliyyətini başa vuran Dan Stavı əvəz edəcək.