192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bayram Məmmədov məhkəmədə işgəncələr haqqında danışıb
2019-04-03 11:02:18

Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində NİDA hərəkatının fəalı Bayram Məmmədovun inzibati qaydada 30 günlük həbsindən verilmiş şikayətə baxılıb.

O, polisə tabe olmama ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilib.

Apellyasiya Məhkəməsində Məmmədov ittihamları təkzib edib və yalan adlandırıb.

Bundan başqa, o Binəqədi təcridxanasında ona qarşı işgəncələr haqqında danışıb. Onun bədənində zorakılıq izləri görünürdü. Belə ki, üzündə qançırlar var idi, qulağı şişmişdi.

Məmmədovun sözlərinə görə, onu diz üstünə çökdürüb yumruqlayıb və təpikləyiblər.

Hakim Namiq Məmmədov 30 günlük həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra saxlanılıblar. Hər ikisi böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Amnesty İnternational hüquq müdafiə təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb. Hər ikisi bu il martın 16-da əvf olunub.

B.Məmmədov azadlığa çıxdıqdan sonra KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edib.