192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Davit Babayan Əliyevə Artsaxa səfər etmək üçün iki varyant təklif edir
2019-04-03 11:34:32

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, müharibə bitməyib sadəcə müharibənin birinci mərhələsi bitmişdir. Əliyevin bu bəyanatı növbəti dəfə kiminlə iş apardığımızı göstərir. Bunu Aysor.am ilə müsahibədə Artsax Respublikası prezidenti administrasiyasının informasiya üzrə baş idarəsinin rəisi Davit Babayan bildirib.

“Biz elə bir ölkə ilə iş aparırıq ki, öz anti-erməni siyasətindən, nifrətindən və məsələni hərbi yolu ilə həll etmə niyyətindən imtina etməmişdir. Biz bütün bu bəyanatlara ciddi baxırıq, lakin Əliyevi bir şey xatırlatmaq istəyirəm ki, biz, onun Stepanakertə və Şuşiyə gəlmək istədiyini anlayırıq. Ancaq bunun üçün iki yol var və bu yolları o özü seçir. Biri diplomasiyadır: ən qisa, qansız və mədəni yolu. Yəni, Azərbaycan Artsax Respublikasını tanıyacaq. Biz burada Azərbaycan səfirliyini və müvafiq qurumlarını açarıq.

İkinci yol isə odur ki, onlar hərbi əsir olaraq Stepanakert küçələri ilə zəfər paradımızda yürüyəcəklər. Varyantlar budur. Qərar onlarındır”,-deyə Babayan qeyd etdi.