192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan məhbus sayına görə ilk üçlükdədir
2019-04-03 14:56:03

Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən məhbus sayına görə ilk üçlükdədir.

"Meydan.tv"-ə əsasən, bu barədə Avropa Şurasının aprelin 2-də yaydığı məhkumların sayı ilə bağlı illik statistik hesabatda qeyd olunur.

2018-ci ilə dair hesabata görə, Azərbaycanda hər 100.000 nəfərə 235 məhkum düşür. İlk 2 yeri isə Rusiya (418.3) və Gürcüstan (252.2) tutur. Analoji rəqəm Ermənistanda 118.9-dur, bu isə 2016-cı illə müqayisədə 8.7 faiz azalma deməkdir. Adambaşına düşən ən az məhkum sayı San-Marino (17.9), Lixtenşteyn (31.5) və İslandiyada (46.8) qeydə alınıb.

Hesabatda göstərilir ki, Azərbaycan narkotik vasitələrlə bağlı cəzaların ən çox verildiyi ölkələr sırasındadır. Məhkumların 25%-dən çoxu bu tip cinayətlərə görə cəza çəkir.

2016-2018-ci illəri əhatə edən araşdırma 44 Avropa Şurası ölkəsinin verdiyi məlumatlara əsaslanır. Sənəd hazırlanarkən Albaniya, Belçika, Bosniya-Hersoqovina, Macarıstan, Malta, Ukrayna və Türkiyənin verdiyi məlumatlara istinad olunmayıb. Araşdırmaya əsasən, bu illər ərzində Avropa miqyasında məhkumların sayı 6.6 faiz azalıb.