192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Qiyas İbrahimov polisə çağırılıb
2019-04-03 17:53:00

Martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış ictimai fəal Qiyas İbarhimovu Bakı şəhər Baş Polis İdarəsinə aparmaq istəyirlər.

Qiyas İbrahimov facebook-da canlı yayımda bildirib ki, bu gün xəstəxanada müayinə zamanı anasına Bakı şəhər Baş Polis İdarəsindən zəng ediblər.

“Bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda müayinədən keçdiyim zaman anamın telefonuna Bakı şəhər Baş Polis İdarəsindən yüksək rütbəli şəxs zəng etdi. Anamla məni birgə Bakı şəhər Baş Polis İdarəsinə çağırdılar. Bundan sonra sahə müvəkkili profilaktik söhbət aparmaq üçün dəvət etdi. Daha sonra Nizami rayon Polis İdarəsinin rəisi zəng etdi. Biz onlara dedik ki, çağırış göndərsinlər. Onlar isə xahiş etdilər ki, gedim, sadəcə profilaktik söhbət aparacaqlar. Bundan sonra Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəisi və sahə müvəkkili evmizə gəlib. Deyirlər ki, bu sadəcə xahişdir. Deyirlər general sizi gözləyir. Bakı şəhər Baş Polis İdarəsinə gedək. Sadəcə profilaktik söhbət aparcaqlar. Biz bildiriş tələb etdik. Hazırda bildiriş yazırlar. Çox dirəşiblər. Məni mənzildən çxarmağa çalışırlar,” o qeyd edib. Qiyas İbrahimov canlı yayımda olarkən evlərinə daxil olan polisi göstərib və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova müraciət edib.

“Cənab Mirqafar Seyidov mən polis idarəsinə, istənilən idarəyə gəlməyə hazıram. Bir şərtlə ki, buyurun, mənə qanuni tələb göndərin, order göndərin. Səbəbini göstərin ki, mən niyə gəlməliyəm. Xahiş, minnət, gəl bir çay içək, oturaq, danışaq. Yox, bunlarla deyil. Xahişlə, minnətlə çağırılmağın nəticələrini görmüşük. Biz görmüşük xahişin sonrası nə olur. Sonra orada bizimlə xahiş dili ilə danışmırlar. Sonra orada bizimlə yumruq dili ilə danışırlar, dubinka ilə danışırlar. Order göndərmirsiniz, buyurun mənzilimə daxil olun, zor gücünə aparın,” o qeyd edib.

Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin Bakıdakı abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra saxlanılıb.

Onlar qanunsuz narkotik dövriyyəsində ittiham olunub və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb.

Qiyas İbrhimov və Bayram Məmmədov bu il martın 16-da prezidentin sərəncamı ilə əfv olunub. Bayram Məmmədov bu il martın 30-da inzibati qaydada 30 sutka həbs edilib. Hazırda həbsdədir.