192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Qiyas İbrahim: Dedilər ki, prezidenti niyə təhqir edirsən?
2019-04-04 11:06:43

İctimai fəal Qiyas İbrahimov Bakı Şəhər Baş Polis İdarəsində iki saat profilaktik söhbət edildikdən sonra azad buraxılıb. Onunla söhbəti Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov və onun müavini aparıb. Görüşdə ictimai fəalla birgə anası da iştirak edib. Vəkili görüşə buraxmayıblar.

Qiyas İbrahim Bakı Baş Polis İdarəsindən çıxdıqdan sonra jurnalistlərə bildirib ki, idarədə Bayram Məmmədovun həbsi ilə bağlı statusunda "debil Əliyev" yazması və prezidenti diktator adlandırmasını təhqir sayıblar:

"Mən cavab verdim ki, məhz prezident Əliyevi təhqir etdiyimi sübut edin, amma onlar fikirlərinin üstündə qaldılar. Hesab edirəm ki, bu profilaktik söhbət idi. Ona görə vəkili görüşə buraxmadılar. Açıq dedilər ki, ağsaqqala qarşı belə etmə, sabah onun hansısa fanatiki sənə hücum edə bilər. Güman ki, məni qoruyurlar. Bir sözlə, məsləhət gördülər ki, ağıllı ol".

Vəkil Z.Sadıqova deyib ki, dindirməyə onu yox, Qiyas İbrahimin anasını buraxıblar:

"Mənə bildirdilər ki, cinayət işi olmadığı üçün sizin iştirakınıza ehtiyac yoxdur. Sadəcə, profilaktik söhbət olacaq".

Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin Bakıdakı abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra saxlanılıb.

Onlar qanunsuz narkotik dövriyyəsində ittiham olunub və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb.

Qiyas İbrahimov və Bayram Məmmədov bu il martın 16-da prezidentin sərəncamı ilə əfv olunub. Bayram Məmmədov bu il martın 30-da inzibati qaydada 30 sutka həbs edilib.