192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Müsavat Partiyasının və Milli Şuranın müraciətinə ''yox'' deyildi
2019-04-04 11:42:53

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 6-da, Müsavat Partiyasının isə aprelin 7-də “Məhsul” stadionunda keçirmək istədiyi mitinqlə bağlı müraciətlərə rədd cavabı verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı icra hakimiyyətinin cavabının Konstitusiyaya və “Sərbəst toplaşmaq haqqında” qanuna ziddi olduğunu deyib.

Arif Hacılı Meydan TV-yə bildirib ki, partiya hakimiyyətin bəhanələrini nəzərə alaraq müraciətdə 3 müxtəlif yer göstərmişdi, “Məhsul” stadionu, “Dərnəgül” metrosu yanı və Tofiq Bəhramov adına stadionun qarşısındakı meydanlar. Bazar günü həmin yerlərdə nəqliyyatın hərəkətinin sıx olacağı barədə deyilənlər bəhanədir:

“Biz bununla bağlı hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Hakimiyyətin münasibətinə cavab olaraq Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik və qərarın qəbul olunmasına nail olacağıq. Siyasi müstəvidə də mübarizəmiz davam edəcək. Artıq sərbəst toplaşmaq azadlığına hakimiyyətin münasibəti ümummilli məsələyə çevrilib. Söz, ifadə azadlıqları və digərləri sərbəst toplaşmaq azadlığı təmin olunduqdan sonra baş verir. Ona görə sərbəst toplaşmaq azadlığının təmin edilməsinə nail olmaq üçün bütün gücümüzü səfərbər edəcəyik”.

A.Hacılı əlavə edib ki, yaxın vaxtlarda partiyanın rəhbər orqanları icra hakimiyyətinin cavab məktubunu müzakirə edib qərar qəbul edəcək.

BŞİH Müsavat Partiyasının və Milli Şuranın əvvəlki mitinqlərinə də icazə verməmişdi.