192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Yaqub Eyyubovun qardaşının Xorvatiyada böyük biznesi varmış“
2019-04-04 12:59:12

Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir, Azərbaycan Sahibkarlar konfederasiyasının Balkanlardakı nümayəndəsidir.
Yusif Eyyubov Xorvatiya paytaxtında “Montevideo doo” şirkətini təsis etdiyi vaxtdan yaşayır. Şirkət 27 fevral 2001-cu ildə Zaqreb Ticarət Məhkəməskndə (Trgovački sud u Zagrebu) qeydiyyatdan keçib və Zagreb, Rijeka küçəsi 10 ünvanında fəaliyyət göstərir. Şirkətin qeydiyyat nömrəsi: 080389265-dir.


Şirkət daşınmaz əmlak, ticarət, inşaat, turizm, reklam və idman sahələrində fəaliyyət göstərir. Şirkət “Vita” fitnes mərkəzi, “La Vita” cafe-barı, massaj salonu və saunadan ibarət iri kompleksə də sahibdir.


Xoevat mənbələrində kompaniyanın ilkin kapitalı 19,908,400.00 xorvar kunesi və ya 3 milyon dollardan bir qədər artıq göstərllir. 2013-cü ildə gəliri təxminən 10 milyon xorvat kunesi və ya 1.5 milyon dollar olub.

 

Cavanşir Həsənov, müstəqil jurnalist
Yazı müəllifin feysbuk hesabından götürülüb.