192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Aİ-nin Şərq tərəfdaşlığı çərçivəsində Ermənistan böyük dəyişikliklər edə bilən ölkə olaraq çox yaxşı bir nümunədir: Pyotr Svitalski
2019-04-04 12:12:23

Ermənistanda ER Xİ nazirinin müavini Avet Adontsun, Rumıniya dövlət katibi Dan Nekulayeskin, Aİ-nin ER-dakı nümayəndə heyətinin sədri Pyotr Svitalskinin iştirakı ilə Aİ-nin Şərq tərəfdaşlığının 10-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Aİ-nin ER-dakı nümayəndə heyətinin sədri Pyotr Svitalski konfransda deyib ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində Ermənistan böyük dəyişikliklər edə bilən ölkə olaraq çox yaxşı bir nümunədir. Svitalski konfransın ermənilər üçün yaxşı bir platform olduğunu qeyd edib.

Svitalski Şərq tərəfdaşlığının prioritetlərindən danışanda heç bir gizli gündəmin olmadığını vurğulayıb.

“Hələ ki, elə insanlar vardır ki, buradahər hansı bir gizli gündəm olduğunu düşünürlər, onlar konspirasiya nəzəriyyəsinin tərəfdarlarıdır. Məntiq odur ki, qonşuluğun şərq hissəsini gücləndirmək lazımdır”,-deyə Aİ səfiri qeyd etdi.

Şərq tərəfdaşlığının məqsədi Avropa İttifaqının altı qonşu ölkəsi Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Belorusiya və Ukrayna arasında münasibətlərin güclənməsi və derinləşməsidir.