192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AB DQ münaqişəsinin nizamlanması prosesində ATƏT MQ həmsədrlərini tam şəkildə dəstəkləyir: Pyotr Svitalski
2019-04-04 13:49:52

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Avropa Birliyi   ATƏT Minsk  qrupunun həmsədrlərinin səylərini tam şəkildə  dəstəkləyir.

“Armenpres”-ə əsasən, bu barədə aprelin 4-də jurnalistlərlə  söhbət zamanı Ermənistanda  AB nümayəndəliyinin rəhbəri, səfir Pyotr Svitalski deyib.

“Dağlıq Qarabağ  münaiqşəsinin  nizamlanması məsələsiylə bağlı vasitəçilik missiyası ATƏT Minsk qrupunun  həmsədrləri tərəfindən həyata keçirilir və onlar  bu prosesi tamamilə idarə edirlər.  Avropa Birliyinə gəlmişkən,  biz  Minsk qrupunun  həmsədrlərinin səylərini tam şəkildə   dəstəkləyirik”- deyə Svitalski deyib.

ATƏT Minsk  qrupunun həmsədrliyi   Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı  yeganə vasitəçilik  formatıdır.  Həmsədrlər Rusiyanı təqdim edən İqor Popov,  Fransanı təqdim edən Stefan Viskonti və ABŞ-ı təqdim edən Endryu Şoferdir.