192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Dini fəal Anar Cabbarov narkotik maddə dövriyyəsində ittiham olunub
2019-04-04 17:58:04

"Müsəlman Birliyi" Hərəkatının fəalı Anar Cabbarovun taleyinə aydınlıq gətirilib. O, Türkiyədə saxlanılıb və iki həftə öncə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bu müddətdə A.Cabbarovun doğmaları onun saxlandığı yer və ona qarşı sürülən ittihamların məzmunu barədə məlumat ala bilməyiblər. İndi məlum olub ki, A.Cabbarov Kürdəxanıdakı 1 saylı Bakı Təcridxanasına göndərilib. Bu barədə Turan-a onun ailə üzvləri məlumat veriblər.

A.Cabbarov narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur. Doğmaları hesab edirlər ki, onu qarşı ittiham saxtalaşdırılıb, həbs isə sifarişdir. A.Cabbarovun hüquqlarını vəkil Bəhruz Bayramov müdafiə edəcək.

"Müsəlman Birliyi" Hərəkatının fəalı A.Cabbarov Türkiyədə saxlanılıb və martın 22-də Bakıya gətirilərək DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) verilib.

A.Cabbarov 2015-ci il Nardaran hadisələrindən sonra Azərbaycanı tərk edib. Bir müddət Rusiyada qalıb, sonra Türkiyəyə gedib.

2015-ci ilin noyabrında "Müsəlman Birliyi" Hərəkatının fəallarına qarşı kütləvi həbslər başlayıb. Təşkilatın lideri Taleh Bağırzadə də daxil olmaqla, qurumun 46 fəalı və tərəfdaş hazırda həbsxanadadır.