192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Məhkəmə AXCP fəalını həbsdə saxlayıb
2019-04-04 16:03:41

Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi Xəzər rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə 30 gün müddətinə həbs edilmiş AXCP fəalı Aqil Hümbətovun şikayətini təmin etməyib.

Fəal ittihamları təkzib edib, həbsinin əsl səbəbinin Azərbaycan prezidentinə videomüraciəti olduğunu bildirib.

 

İclasda vəkil Fəxrəddin Mehdiyev də bildirib ki, ittiham materialları ilə işin real hal və şərtləri bir-birinə uyğun deyil. Vəkilin sözlərinə görə, polis müttəhimi martın 14-də evindən götürüb və polis idarəsinə aparıb.

Növbəti gün o, Suraxanı rayon məhkəməsinə çıxarılıb və 535.1-ci maddə ilə 30 gün müddətinə həbs edilib. Bu zaman onu vəkillə təmin etməyiblər.

 

Mehdiyev həmçinin bildirib ki, polisin iddia etdiyinə görə, fəalın polisə tabe olmadığı yerdən videomüşahidə kameralarının görüntülərinə baxılsa, Hümbətovun heç bir qanun pozuntusu törətmədiyi aydın olar.

Hümbətov özü danışıb ki, onu evdən götürəndə mobil telefonunu əlindən alıblar. Polis idarəsində ona açıq-aşkar bildiriblər ki, sosial şəbəkələrdə çıxışları ilə bağlı iradları var.

 

"Mən dedim ki, işsizəm, zibilliklərdə karton yığaraq qarnını doyurmalı olduğum üç azyaşlı uşağım var. Xəzər rayon polis idarəsində mənə qohumlarımın iş yerləri barədə suallar veriblər. Mən polisə tabe olmama haqqında protokolu imzalamaqdan imtina etdim. Gecə polis bölməsində saxladılar, səhər isə məhkəməyə apardılar", deyə Hümbətov bildirib. Fəalın sözlərinə görə, inzibati protokolda və vəkildən imtina haqqında sənəddə onun imzaları saxtalaşdırılıb. Son nəticədə məhkəmə Hümbətovun şikayətini təmin etməyib.

Hümbətov martın 14-də saxlanılıb. Partiyada onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu hesab edirlər.