192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Armen Sarkisyan İordaniyada keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
2019-04-04 16:26:02

ER Prezidenti Armen Sarkisyan aprelin 5-də işgüzar səfərlə İordaniyanın Haşimi Krallığına gedəcək.ER Prezidentinin iş heyətindən verilən məlumata görə,İordaniyanın paytaxtı Ammanda aprelin 5-7-ə kimi Dünya İqtisadi Forumu Yaxın Şərqə və Şimali Afrikaya həsr olunmuş görüş keçiriləcək ki, oraya Prezident Armen Sarkisyan publisist olaraq dəvət olunub.Dünya İqtisadi Forumunun görüşünü İordaniya Krallığının Kralı Abdullah İkinci İbn Al-Hüseyn Al Haşimi və Kraliça Rania Al-Abdallahın yardımı və onların yüksək himayədarlığıyla təşkil edilib.Konqresdə regionun qarşısında duran problemləri müzakirə etmək üçün müxtəlif ölkələrdən hökumət, biznes və vətəndaş cəmiyyətini təmsil edən 1000-dən çox liderlər iştirak edəcəkdir. Xüsusilə, Forum iştirakçıları enerji təhlükəsizliyi, təmiz və bərpa olunan enerji mənbələrinin istifadəsi, kiber təhlükəsizlik və bir sıra digər məsələlər barədə danışacaqlar. Respublika Prezidenti “Yaxın Şərq üçün yeni enerji” mövzusunda çıxış edəcək. Ermənistan Prezidenti həmçinin Dünya İqtisadi Forumunun təsisçisi və baş icraçı direktoru, tanınmış iqtisadçı Klaus Şvabla da görüşəcəkdir. Armen Sarkisyan uzun müddətdir forumun üzvüdür və Klaus Şvab ilə onun uzun müddətdir dostluq münasibətləri var.İordaniyaya etdiyi səfəri zamanı Prezident Sarkisyan ölkənin yüksək səviyyəli rəhbərliyi, həmçinin işgüzar dairələri və yerli erməni icmasının nümayəndələri ilə görüşəcək.